Sürücülərin NƏZƏRİNƏ: Bakıda avtomobillərin intensiv hərəkət etdiyi yola "sarı tor" çəkildi - VİDEO

Bakı şəhərində iki prospektin kəsişməsində yeni nişanlanma xətti çəkilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, paytaxtın Əhməd Rəcəbli ilə Ziya Bünyadov prospektinin kəsişməsində sarı kəsişmə tor xətti çəkilib.
Ərazidən görüntünü təqdim edirik:
Qeyd edək ki, "Azərbaycan Respublikası "Yol hərəkəti haqqında" Qanununun 75-ci maddəsinə görə, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır.
Habelə, hərəkət növbəliliyi işıqforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir. Yanıb-sönən sarı siqnal olduqda, işıqforlar işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab edilir və sürücülər nizamlanmayan yolayrıcılarını keçmə qaydalarını və yolayrıcında quraşdırılmış üstünlük nişanlarını əsas tutaraq hərəkət etməlidirlər.
Bu qaydanı pozan şəxslər 100 manat və üç cərimə balı ilə cəzalandırılırlar.
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












