Sürücülük vəsiqəsi almaq istəyənlər üçün VACİB DƏYİŞİKLİK

Azərbaycanda sürücülük vəsiqəsi almaq istəyən vətəndaşların uzun müddətdir qarşılaşdığı və ciddi narazılıqlara səbəb olan problemlərdən biri öz həllini tapıb. Belə ki, sürücülük vəsiqəsi imtahanlarında iştirak etmək üçün tələb olunan tibbi arayışın qüvvədə olma müddətinin cəmi 30 gün müəyyən edilməsi vətəndaşlar üçün böyük çətinlik yaradırdı. İmtahandan kəsilən və ya növbəti mərhələyə qatılmaq istəyən şəxslər hər dəfə yenidən rentgen, laborator analizlər və bütün tibbi prosedurlardan keçmək məcburiyyətində qalırdılar.
Avtosfer.az xəbər verir ki, məsələ barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Musavat.com-a rəsmi açıqlama verilib.
TƏBİB-dən bildirilib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 4 avqust 2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Təlimatın 5.6.5-ci yarımbəndinə əsasən, sürücülük vəsiqəsi almaq istəyən şəxs nəqliyyat vasitəsinin idarə edilməsinə yararlılığı barədə tibbi arayışı təqdim etməlidir.
Rəsmi cavabda daha sonra qeyd olunur:
"Qanunvericilikdə sürücülüyə yararlı olmaq barədə tibbi arayışın etibarlılıq müddəti birbaşa tənzimlənmədiyindən yol hərəkəti iştirakçılarının və cəmiyyətin yol-nəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiə olunması və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin tibbi arayışın etibarlılıq müddəti 30 (otuz) gün olaraq müəyyən edilib.
Tibbi arayışın qüvvədə olma müddətinin qısa olması səbəbindən vətəndaşların bir çox hallarda təkrar tibbi müayinələrdən, o cümlədən rentgen və laborator analizlərdən keçməyə məcbur qalmasını diqqətə alaraq, sürücülüyə yararlı olmaq barədə tibbi arayışın etibarlılıq müddəti ilə bağlı məsələyə yenidən baxılıb və həmin müddət artırılaraq 60 (altmış) gün müəyyən edilib".
Beləliklə, aparılan müzakirələr və ictimai qınaq öz bəhrəsini verib - vətəndaşları vaxt və maliyyə itkisinə salan 30 günlük məhdudiyyət artıq 2 aya (60 günə) qaldırılıb.
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












