Sürücülük vəsiqəsi üçün imtahanlara qeydiyyat elektronlaşdırılır?

"Yeni qərara əsasən, sürücülük vəsiqəsi almaq üçün elektron qaydada müraciət etmək, imtahana yazılmaq mümkün olacaq”. Bu barədə "Sherg.az”a sürücülük vəsiqəsinin alınması qaydalarını izah edərkən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib.

O diqqətə çatdırıb ki, avtomobil nəqliyyatı üzrə texniki-peşə məktəbi oxuyan, ali məktəb diplomu olan şəxslər sənədlərini elektron şəkildə təqdim edə biləcəklər:
"Həmin sürücülüyə uyğunluq sənədləri ilə birlikdə sağlamlıq haqqında arayışın, imtahan üçün dövlət rüsumunun ödənilməsi barədə arayışı "skan" edərək, elektron şəkildə Daxili İşlər Nazirliyinə təqdim etmək lazımdır. Dövlət yol polisi əməkdaşları həmin sənədləri yoxlayıb, təsdiq etdikdən sonra vətəndaş imtahana buraxılır. İmtahanın günü və saatı barədə məlumat da şəxsə elektron formada çatdırılır.
Sənədlərdə şübhə yaranarsa, polis vətəndaşdan sənədlərinin əslini tələb edə bilər. İnformasiya texnologiyası əsrində yaşayırıqsa, belə imtahanlara qeydiyyat üçün elektronlaşmanın olması vacibdir. Dövlət Yol Polisinin bunu qısa müddətdə tətbiq edəcəyini düşünürəm”.
Qeyd edək ki, Nazirlər Kabineti "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edib. Qüvvədə olan Əsasnaməyə əsasən sürücülərin hazırlanması və onların ixtisasının artırılması kurslarının məzunları Qeydiyyat İmtahan Məntəqəsində (QİM) yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlar verməlidirlər.
Bakıda bir neçə küçədə avtomobillərin hərəkəti həmişəlik qadağan ediləcək - FOTOLAR
Bakının daha bir prospekt və küçəsində velosiped zolaqları salındı - FOTOLAR
Bakıdan Tbilisiyə gedəcək qatar - FOTOLAR
İcazə sistemində DƏYİŞİKLİK - Baş nazirdən YENİ QƏRAR
Bir həftəyə Tbilisiyə qatarlar açılır - Nazirlik təsdiqlədi
Qafqazın ən böyük tunelindən kadrlar - VİDEO
Bakıda inşa ediləcək metro stansiyaları ilə bağlı YENİLİK
Azərbaycanda ilk: Ödənişi üztanıma ilə edə bilərsiniz - FOTO - VİDEO
Paytaxtın iki əsas kəsişməsində yeni svetoforlar istifadəyə verildi - FOTO
Azərbaycanda rəqəmsal xəritə ehtiyacı artır – Ekspertdən TƏKLİF
Bakı Dəmiryolu Vağzalında üztanıma ilə ödəniş tətbiq olunacaq - FOTO








