Şuşada "Kitab dayanacağı" istifadəyə verilib - FOTOLAR

Vaqif Poeziya Günləri çərçivəsində Azərbaycan Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, "Azercell Telekom" MMC və "Aztelekom" MMC-nin tərəfdaşlığı ilə Şuşanın mərkəzində "Kitab dayanacağı" – ilk açıq hava kitabxanası istifadəyə verilib.
Mədəniyyət Nazirliyindən Avtosfer.az-a bildirilib ki, layihənin məqsədi mədəniyyət paytaxtı Şuşanın tarixi və ədəbi mühitinin təbliği, eləcə də şəhər sakinləri və qonaqları üçün mütaliə imkanlarının genişləndirilməsidir.
Açılış mərasimində mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, "Azercell"in Korporativ ünsiyyət departamentinin direktoru Sona Abbasova iştirak ediblər.
Çıxışlarda bildirilib ki, açıq hava kitabxanası konsepsiyasında yaradılan layihə "Kitab dayanacağı" 24 saat fəaliyyət göstərəcək. Şuşa sakinləri və şəhərin qonaqları burada təqdim olunan kitablardan sərbəst şəkildə istifadə edə biləcəklər.
"Kitab dayanacağı"nın ilk qonağı müasir Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Xalq şairi Vahid Əziz olub.
Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının sədri, şair, esseist Fərid Hüseynin moderatorluğu ilə keçirilən görüşdə Xalq şairinin yaradıcılıq yolundan söz açılıb.
V.Əziz şeirlərini səsləndirib, tədbir iştirakçılarının suallarını cavablandırıb.
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA




















