Şuşanın “Tarqovı”sı adlanan Qarabağ küçəsində nələr dəyişəcək? - FOTO

Şuşanın Qarabağ küçəsini tez-tez Bakının “Tarqovı”sı (Nizami küçəsinin piyadalar zonası) ilə müqayisə edirlər.
Avtosfer.az xəbər verir ki, nəzərdə tutulan küçələr arasında xeyli oxşarlıqlar var. Belə ki, hər iki küçə piyada yönümlüdür, hər ikisində ticarət, kafe və restoranların inkişafı planlaşdırılır, küçə mebelləri, işıqlandırma və abadlıq yüksək səviyyədədir. Həm yerli sakinlər, həm də turistlər üçün cəlbedici ictimai məkan kimi nəzərdə tutulublar.
Amma Qarabağ küçəsi əslində yeni küçə deyil - XIX əsr Şuşasının məşhur Şeytanbazarının yenidən doğuluşudur. “Tarqovı” da 150 ildən artıq tarixə malik şəhər küçəsidir.
Bakının “Tarqovı”sı kimi, Şeytanbazar da Şuşanın ən canlı, ən gur və ən səs-küylü ticarət mərkəzi idi. Hər iki küçənin tarixi inkişaf yolu bir-birinə çox bənzəyir.
Adları da eyni məna daşıyır. Bakıda əhali arasında "Torqovaya" - yəni "Ticarət küçəsi" adı işlənirdi. Şuşada isə həmin qaynar ticarət məkanı xalq təxəyyülünün yaratdığı obrazlı bir adla tanınırdı - Şeytanbazar!
Gələcəkdə burada mağazalar, kafelər, mədəniyyət məkanları və daimi sakinlər çoxalsa, Qarabağ küçəsi Şuşanın ən canlı şəhər məkanlarından birinə çevrilə bilər.
Lakin bu küçə yalnız turistlər üçün deyil, burada yaşayan insanlar üçün də gündəlik həyatın bir hissəsi olmalıdır. Ən əsası isə, Qarabağ küçəsi başqasını təqlid etməsin. O, özünəməxsus Qarabağ ruhunu daşıyan, tarixi Şeytanbazar ənənəsini müasir şəhər həyatında yaşadan məşhur piyada küçəsi kimi tanınsın.
Səfər
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək












