Taksi fəaliyyəti ilə bağlı sürücüləri nələr gözləyir? “Bolt” tətbiqində hansı yeniliklər var? - VİDEO

Azərbaycanda son illərdə nəqliyyat sahəsində tənzimləmələr həyata keçirilir. Bu tənzimləmələrin nəticəsi olaraq ölkəmizin avtomobil bazarı sürətlə yeniləndi, yol infrastrukturunun inkişafı istiqamətində müxtəlif addımlar atıldı. Paytaxt küçələrində avtobus zolaqların təşkili isə ictimai nəqliyyatın inkişafına təkan verən önəmli addımlardan biri oldu.
Buna baxmayaraq, zolaqların təşkili fərdi nəqliyyat vasitələri üçün müəyyən çətinlikləri ortaya çıxardı. Bir müddət əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən “Gənclik Mall”ın yanında, Olimpiya küçəsində və Yusif Səfərov küçəsində “Neftçilər” xəstəxanasının qarşısında “drop-off” məntəqələri təşkil edildi. Bu məntəqələr bütün fərdi avtomobil sahiblərinə 3 dəqiqə ərzində sərnişin mindirib-düşürməyə icazə verir. Nəticədə, uzun müddətdir taksi fəaliyyəti ilə məşğul olan şəxslərin narazılıqları böyük mənada aradan qalxmış olacaq.
Nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az saytının sosial şəbəkə hesablarında canlı yayım zamanı bu məsələni şərh edib. O bildirib ki, “drop-off” məntəqələrinin digər küçələrdəki avtobus zolaqlarında da təşkili mütləqdir:

“Burda əsas məsələ taksidən istifadə edən sərnişinlərin reaksiyalarıdır. Maraqlıdır ki, taksi sifariş edən vətəndaşlar dayandıqları yerdən bir az aralıdakı “drop-off” məntəqəsinə gedəcəklərmi? Üstəlik, sürücü sərnişini istədiyi nöqtədən uzaqdakı “drop-off” məntəqəsində düşürməli olsa, sərnişinlə sürücü arasında problem yaranmayacaq ki?! Bizi narahat edən məsələlər bunlardır. Çünki avtobus zolaqları təşkil ediləndə, yəni avtobusların dayanacaqdan kənarda saxlaması, dayanacaqdan kənarda sərnişin mindirmək, düşürmək məsələsi gündəmə gəldi. Kameralar qoyuldu avtobuslara. Sonda nə baş verdi? Sərnişinlər avtobus sürücülərini döydülər”.
Elməddin Muradlı canlı yayım zamanı, həmçinin, “Bolt” şirkətinin taksi xidmətində tətbiq etdiyi yenilikləri də diqqətə çatdırıb. O qeyd edib ki, tətbiq edilən əsas özəlliklərdən biri, “Bolt” istifadəçilərinin artıq təhlükəsizliklə bağlı məqamları real vaxt çərçivəsində, yəni onlayn qaydada şirkətə bildirmələrinə şərait yaradılmasıdır:
“Tətbiq vasitəsilə xidmət göstərən sürücülərin, eləcə də sərnişinlərin təhlükəsizliyi şirkətin fəaliyyətində prioritet məsələlərdən biridir. Yeniliklərdən biri ondan ibarətdir ki, səfərlərin canlı izlənməsi və yaxınlarla, dostlarla paylaşılması funksiyası aktivləşdirilib. Bu paylaşılma əslində çox yaxşı haldır. Tutaq ki, hansısa valideyn öz övladını taksi ilə yola salır, bu funskiya vasitəsilə vaxtaşırı övladının harada olmasını izləyə bilir.
“Trip anomaly” funksiyası – avtomobil 10 dəqiqə hərəkətsiz qalarsa, sistem avtomatik olaraq istifadəçi ilə əlaqə saxlayır.
“Bolt” vasitəsilə təşkil edilən bütün səfərlər GPS vasitəsilə izlənilir. Bəzən sərnişinlər şikayətlənir ki, filan taksi şirkəti bunu etdi, onu etdi. əslində elə deyil. Əslində sizin şikayətinizin birbaşa ünvanı taksi şirkəti deyil. Həmin avtomobil çox vaxt hansısa taksi parkına aid olur”.
Mövzularla əlaqədar Elməddin Muradlının canlı yayım zamanı şərh etdiyi həmin videonu sizə təqdim edirik:
Səfər
Bakı Dəmiryolu Vağzalında üztanıma ilə ödəniş tətbiq olunacaq - FOTO
Prezident yeni Fərman imzaladı
Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilir
Azərbaycanın dəmir yolu parkı yenilənir: Son mərhələdə nələr gözlənilir?
Bakı-Xırdalan-Bakı qatarlarının yenilənmiş qrafiklə - CƏDVƏL - FOTO
Qatarla Dərnəgüldən Xırdalana 60 qəpiyə, Sumqayıta isə 1 manata gedə bilərsiniz - FOTOLAR
Yeni qatar dayanacağı istifadəyə verildi - FOTOLAR
Çingiz Əhmədov və oğlu təltif edildi
Paytaxtda tramvay nəqliyyatını "Bakı Metropoliteni" təşkil edəcək
Prezident qanunda yeniliyi təsdiqlədi - Yol polisi artıq bunu etməyəcək
Paytaxtda yeni dairəvi yollar qurulacaq - FOTO








