Tıxacda qalan sürücülər, DİQQƏT - Bunlara əməl edin ki...

Qışda ucu-bucağı görünməyən tıxaclarda saatlarla qalan sürücülər yay fəslinin gəlməsini səbrsizliklə gözləyir.
Çünki yayda təhsil müəssisələri bağlandığı, insanlar istirahət üçün bölgələrə üz tutduqları üçün yollarda avtomobillər seyrəkləşir. Lakin ümidlər bəzən həftələrlə davam edəcək yol-təmir işləri ilə bir anda suya düşür. İsti havada tıxac dözülməz hala gəlir.
İsti havalarda saatlarla tıxacda qalmaq avtomobillərə necə təsir edir? Sürüclər hər hanıs bir problemin yaranmaması üçün nə etməlidir?
Avtosfer.Az-ın məlumatına görə, avtomobil üzrə texniki məsləhətçi Əli Sultanov Metbuat.az-a açıqlamasında bildirib ki, isti havalarda tıxacda qalan avtomobillər arasında ən azı 1.5-2 metr məsafə olmalıdır:
“Qarşıda işləyən maşının “qruşitel”indən çıxan havanı arxadakı maşın götürür və hava isti olduğu üçün onu tam soyuda bilmir. Ona görə, tıxacda qalan sürücülərə avtomobillər arasındakı məsafəni böyük götürmələri tövsiyə olunur. Tıxacda qalan avtomobillərin əsas problemlərindən biri də mühərrikin qaynatmasıdır. Avtomobilin soyutma qurğusu işə düşəndə isti havanı götürdüyü üçün suyu soyuda bilmir. Bu da mühərrikin qaynamasına səbəb olur.
Avtomobil yerində işləyəndə zaman benzin sərfiyyatı olur. Lakin 2013-2014-cu ildən sonra istehsal olunan avtomobillərdə yeni bir sistem var. Belə ki, avtomobil tıxacda gözləyən zaman sürət 0-a düşən kimi mühərrik avtomarik olaraq sönür. Ayağı əyləcdən götürən kimi avtomobil yenidən işə düşür. Bu, həm benzin sərfiyyatı, həm də ekologiya üçün olduqca sərfəlidir. Qışda tıxacda qalan zaman sürücülərə avtomobillərini söndürmələri məsləhət görülür. Lakin yayda avtomobilin kondisioneri işlədiyi üçün söndürmək olmur”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












