Tıxaclara son? - Bakı bu tarixə qədər tramvay şəbəkəsinə keçir

Bakı şəhərində nəqliyyat infrastrukturunda yeni dövr başlayır – 2030-cu ilədək paytaxtın ilk tramvay xətti istifadəyə veriləcək. Dövlət Proqramına əsasən, tramvay şəbəkəsi mərhələli şəkildə genişlənəcək və şəhər sakinlərinin gündəlik nəqliyyat ehtiyaclarını daha rahat və müasir formada təmin edəcək.
İlk mərhələdə Mehdiabad qəsəbəsindən “28 May” metrosuna qədər müasir tramvay xətti salınacaq. Gələcəkdə isə Bayıl, Həzi Aslanov və digər istiqamətlərdə əlavə xətlərin açılması planlaşdırılır, şəhərin nəqliyyat sistemi daha əlçatan və rahat olacaq.
Yeni tramvay xətti Bakı sakinləri üçün həm səyahət, həm də şəhər ətrafı əlaqələrin inkişafında önəmli rol oynayacaq.
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev açıqlama verib.
Onun sözlərinə görə, Bakıda tramvay xəttinin yenidən qurulması şəhər nəqliyyatında mühüm dönüş nöqtəsi ola bilər:
"2030-cu ilədək Mehdiabad qəsəbəsindən metronun 28 May stansiyasına qədər uzanacaq müasir tramvay xəttinin istifadəyə verilməsi paytaxtın şimal istiqamətindən mərkəzə alternativ və rahat nəqliyyat bağlantısı yaradacaq. Bu xətt həm gündəlik sərnişin axınının tənzimlənməsinə, həm də şəxsi avtomobillərdən asılılığın azalmasına müsbət təsir göstərə bilər. Planlaşdırılan digər istiqamətlər də şəhərin müxtəlif hissələrini birləşdirərək nəqliyyat şəbəkəsini daha balanslı hala gətirəcək. Sea Breeze – Mehdiabad xətti Abşeron yarımadasının sahil və yaşayış zonalarını əlaqələndirəcək.
Mehdiabad – 8 Noyabr prospekti istiqaməti şəhərin əsas magistral yollarından birinə çıxışı asanlaşdıracaq. Bayıl – 28 May və Həzi Aslanov – 28 May xətləri isə cənub və şərq yaşayış massivlərini mərkəzlə daha sürətli və rahat birləşdirəcək. Tramvay nəqliyyatı ekoloji cəhətdən daha təmiz, səssiz və təhlükəsiz alternativ sayılır. Ayrılmış rels zolaqları hesabına hərəkət fasiləsiz və daha sabit olur".
Ekspert əlavə edib ki, bu addım tıxacların azalmasına və ictimai nəqliyyatın cəlbediciliyinin artmasına şərait yaradır:
"Əgər layihə mərhələli və düzgün planlaşdırma ilə həyata keçirilərsə, Bakı üçün həm müasir, həm də dayanıqlı nəqliyyat modeli formalaşa bilər. Bu addım şəhərin uzunmüddətli nəqliyyat strategiyasında əhəmiyyətli rol oynaya bilər"./cross.media
Horadiz-Ağbənd dəmir yolu xətti üzrə layihələndirmə işlərinin 85 faizi yekunlaşıb – EKSPERT - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI












