"Tufan" gəmisi xidməti-döyüş fəaliyyətinə başlayıb - FOTO

Aprelin 30-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin baxış keçirdiyi Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa edilmiş S-205 nömrəli "Tufan" tipli sərhəd gözətçi gəmisi mayın 10-da Xəzər dənizinə endirilib və xidməti-döyüş fəaliyyətinə başlayıb.
DSX-dən Avtosfer.az-a verilən məlumata görə, Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, neft-qaz hasılatı və daşınması infrastrukturunun etibarlı mühafizəsinin təşkili üzrə mühüm vəzifələri yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin xidməti-döyüş imkanlarının gücləndirilməsi böyük əhəmiyyət kəsb edir.
Bu tədbirin Azərbaycan Dövlət Sərhəd Xidmətinin yaradıcısı, Azərbaycan sərhəd mühafizəsi strategiyasının müəllifi Dahi Öndər Heydər Əliyevin 95 illik yubileyinə təsadüf etməsi bu günü daha da əlamətdar edib.
Heydər Əliyev dövlətçiliyinə hər zaman sadiq olan, Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında hər bir döyüş tapşırığını böyük şərəflə yerinə yetirməyə hazır olan Azərbaycan sərhədçiləri tərəfindən yeni sərhəd-gözətçi gəmisinin xidməti-döyüş fəaliyyətinə başlaması böyük ruh yüksəkliyi ilə qarşılanıb.
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO

















