Uşaqların internetdən istifadəsinə nəzarət edən YENİ PROQRAM

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə "Uşaqların internet təhlükəsizliyi" layihəsi çərçivəsində "Valideyn nəzarəti və internet təhlükəsizliyi" proqramı (kidsafe) yaradılıb. Avtosfer.az bildirir ki, Komitədən Trend-ə verilən məlumata görə, proqram Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən hazırlanıb. Proqram təminatı uşaqların internet məkanında müdafiəsinə, valideynlərin uşaqların daxil olduğu elektron səhifələri və sorğuları haqqında məlumatlandırılmasına xidmət edəcək. İcra edilən tədbirlər Hökumətin Uşaq Hüquqları haqqında Konvensiyaya dair hesabatında əks etdiriləcək. Sadalanan problemlərin aradan qaldırılması uşaqların inkişafına, təhsilinə təsir göstərəcək. "www.kidsafe.az" proqramı 1000-dən çox pornoqrafik, ekstremist amillər, zorakılıq, spam və virus xarakterli və s. kimi filtrləmə məlumat bazası, tam formada qoruyucu funksiya ilə təmin olunub. Proqram istifadəçi tərəfindən spesifik filtrləmə funksiyasının yerinə yetirilmə imkanı da yaradır. Proqramda uşağın istifadəsi zamanı "keylogger" sistemi işə düşərək istifadə etdiyi vebsaytlar, proqramlar və sözlər kimi istənilən məlumatlar qeyd edilərək valideynə ötürülür. Kompüterə uzaqdan vaxt limiti təyin etmək kimi funskiyası da yüksək formada çalışır. Sistemdə əlavə olaraq boş vaxt modulundan irəli gələrək bloq sistem də yaradılıb ki, onunla səhiyyə, psixoloji aspektlər, hüquqi maarifləndirmə, sual-cavab kateqoriyalar üzrə məlumatlar yerləşdirmək mümkündür. Proqram təminatı "E-Box" şirkətinin texniki dəstəyi ilə hazırlanıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












