Velosiped və skuter yolları ilə bağlı YENİ XƏBƏR

"Aktiv mobillik tədbirlərinin həyata keçirilməsi üçün mikromobillik və piyada infrastrukturu genişlənir. Hazırda mikromobillik zolağının uzunluğu 60,3 kilometr təşkil edir, hədəf isə 100 kilometrdir".
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın icrasına həsr olunmuş dəyirmi masada deyib.
AYNA sədri əlavə edib ki, görülən işlər çərçivəsində skuter üçün 700, velosiped üçün isə 564 parklanma məntəqəsi təşkil edilib:
"Hazırda icarəyə verilən skuter sayı 4900, velosiped sayı 2200-dür. 2025-ci ildə icarə xidmətindən təxminən 405 min mikromobillik istifadəçisi yararlanıb. Mikromobillik vasitələri ilə 3,74 milyon səfər edilib, qət edilən ümumi məsafə isə 10,6 milyon kilometr olub. Şəhər mərkəzində başlayan və bitən fərdi nəqliyyat vasitələri (minik avtomobili, taksi və mikromobillik) ilə edilən səfərlərin ümumi sayında mikromobilliyin xüsusi çəkisi 12% təşkil edir".
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












