Vətəndaşları elektron sürücülük vəsiqələri alacaqlar

Artıq Danimarkada sürücülük vəsiqələrinin kart şəklində olmasına ehtiyac qalmayacaq. Belə ki, növbəti iki il ərzində ölkədə vəsiqələrin yeni – rəqəmsal versiyası dövriyyəyə buraxılacaq. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Danimarkanın Maliyyə Nazirliyi mətbuat üçün hazırladığı xüsusi məlumatda bildirib ki, sürücülük vəsiqələrini müxtəlif mobil cihazlara yüklənmiş xüsusi proqram əlavələri vasitəsilə əldə etmək mümkün olacaq. Belə ki, sürücülük vəsiqələrinin təqdimatı üçün yeganə tələb olunan vasitə smartfon olacaq. Danimarkada bir çoxları mobil telefonlarını artıq onlayn-bankinq və E-boks təhlükəsiz poçt sistemi vasitəsilə rəsmi sənədləşdirmələrdə istifadə edirlər. İctimai sektor və innovasiyalar naziri Sofi Löde deyib: “Bu gün əksər insanlar smartfona malikdir və o, gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Mobil telefonlar demək olar ki, pul kisəsini əvəz edib. Buna görə də sürücülük vəsiqələrini telefonlara tətbiq etmək, yəni onların həmişə əl altında olması yaxşı fikirdir”. Qeyd olunur ki, rəqəmsal sürücülük vəsiqələri fiziki lisenziyaları təkcə əvəz etməyəcək, həm də onu təkmilləşdirəcək. Proqram əlavəsi vasitəsilə sistemə təhlükəsiz daxil olmaqdan ötrü isə vəsiqə sahibinin barmaq izləri istifadə ediləcək. Krallığın nəqliyyat naziri Ole Birk Olesenin sözlərinə görə, hazırda sürücülük vəsiqələrinin alınmasından ötrü sənədlərin verilməsi həddən artıq vaxt aparır. O deyib: “Məhz bu səbəbdən hökumət rəqəmsal sürücülük vəsiqəsinə əlavə olaraq, həmçinin ərizənin verilməsinin rəqəmsal prosesinin mümkünlüyünə baxır. Bu, həm müraciət edənlər, həm də orqanlar üçün vaxta qənaətdir”. Əlavənin 2020-ci ilin sonunadək dövriyyəyə buraxılması gözlənilir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












