Vüqar Qurbanovdan yeni təyinatlar

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavini təyin olunub.
Avtosfer.az xəbər verir ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına Oktay Əmənullayev, Astara Rayon Mərkəzi Xəstəxanasına Bahadır Əhmədov, Göyçay Rayon Mərkəzi Xəstəxanasına Zahir Əliyev rəhbərlik edəcək.
O.Əmənullayev yeni təyinatınadək Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.
Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru B.Əhmədov yeni təyinatına qədər TƏBİB-in Həssas əhali qrupları ilə iş departamentinin Səfərbərlik məsələləri üzrə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində fəaliyyət göstərib.
Z.Əliyev isə yeni təyinatınadək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müəssisəsində baş həkim vəzifəsində çalışıb.
Eyni zamanda Talıb Məmmədov Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Cənub regional təcili və təxirəsalınmaz tibbi yardım xidməti üzrə direktor müavini təyin olunub.
İxtisasca cərrah olan T.Məmmədov yeni təyinatına qədər Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru kimi fəaliyyət göstərib.
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA












