Vüqar Qurbanovdan yeni təyinatlar - FOTOLAR

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavinləri təyin olunub.
"Unikal" xəbər verir ki, Goranboy Rayon Mərkəzi Xəstəxanasına Rafayil Mustafayev, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına Asəf Məmmədov, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına isə Sayiq Səmədov rəhbərlik edəcək.
Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru Rafayil Mustafayev yeni təyinatınadək Bərdə Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin müdiri vəzifəsində fəaliyyət göstərib.
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru Asəf Məmmədov yeni təyinatınadək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Mərkəzi Hərbi Həkim Komissiyasının rəisi vəzifəsində çalışıb.
Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının direktoru Sayiq Səmədov yeni təyinatınadək Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin baş mütəxəssisi vəzifəsində fəaliyyət göstərib.
Eyni zamanda Əhsən Yusifov Suraxanı Tibb Mərkəzinin direktorunun müavini, Turanə Rüstəmova Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun müavini, Akademik Z.Məmmədov adına xəstəxananın rəhbəri, İlqar Əliyev Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun müavini, Abbas Səhhət adına xəstəxananın rəhbəri, Vüsal Sədrayev Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktorunun cərrahi xidmətlər üzrə müavini vəzifəsinə təyin olunublar.
Suraxanı Tibb Mərkəzinin direktorunun müavini vəzifəsinə təyin edilən Əhsən Yusifov ixtisasca həkim-anestezioloq-reanimatoloqdur. O, yeni təyinatadək özəl tibb müəssisələrin birində baş həkim vəzifəsində çalışıb.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun müavini, Akademik Z.Məmmədov adına xəstəxananın rəhbəri Turanə Rüstəmova yeni təyinatınadək eyni tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinin müdiri, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun müavini, Abbas Səhhət adına xəstəxananın rəhbəri İlqar Əliyev isə yeni təyinatadək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nəzdində olan hospitallarda həkim-endoskopik, hospital rəisi kimi fəaliyyət göstərib.
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktorunun cərrahi xidmətlər üzrə müavini vəzifəsinə təyin edilən Vüsal Sədrayev yeni təyinatadək Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb.







Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO











