“Xaliq Faiqoğlu” 70 yeni avtobus gətirəcək

Yaxın vaxtlarda Türkiyənin “Anadolu İsuzu Otomotiv Sanayi ve Ticaret” və “BMC Otomotiv Sanayi ve Ticaret” AŞ şirkətlərinin istehsalı olan daha 70 avtobusun Bakıya gətirilməsi nəzərdə tutulur. Bu barədə “Xaliq Faiqoğlu” şirkətindən Avtosfer.az-a verilən məlumata görə, “BMC Otomotiv Sanayi ve Ticaret” AŞ ilə 31 avqust 2018-ci il tarixli müqaviləyə əsasən paytaxtımıza “BMC Procity” markalı yeni avtobuslar gətiriləcək: “Həmçinin “Anadolu İsuzu Otomotiv Sanayi ve Ticaret” şirkəti ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq “İsuzu Citiport” markalı avtobusların yeni partiyasının gətirilməsi təmin ediləcək. Sifariş edilmiş avtobuslar yerli və beynəlxalq standartlara, həmçinin Euro 6 ekoloji standartlarına tam cavab verir. Şirkət yeni avtobusların alınması istiqamətində bir sıra maliyyə qurumları ilə, eləcə də yerli və beynəlxalq banklarla əməkdaşlıq edir”. “Xaliq Faiqoğlu” MMC-nin əsas məqsədi sərnişinlərə rahat və təhlükəsiz sərnişindaşıma xidməti göstərməkdir.
Namiq
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












