“Xaliq Faiqoğlu” Avro-6 standartlı yeni avtobuslar gətiridi

Bakıya AVRO-6 standartlı yeni avtobuslar gətirilib. Avtosfer.az-ın məlumatına görə, yeni avtobusların gətirilməsi “Xaliq Faiqoğlu” MMC-nin Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığı çərçivəsində baş tutub. Belə ki, alınması nəzərdə tutulan 70 avtobusun ilk hissəsi Bakıya gətirilib. Türkiyənin “Anadolu İsuzu” şirkətinə sifariş edilmiş “İsuzu Citiport” markalı avtobuslar Avropanın ən komfortlu və erqonomik avtobusu hesab edilir. 2019-cu ilin modeli olan 12 metrlik (üçqapılı) bu nəqliyyat vasitələri Avro 6 emissiyalıdır. Avtobuslar sərnişinlərin rahatlığı üçün bütün zəruri şərait, o cümlədən USB portlar, fiziki məhdudiyyətli insanlar üçün pandus və isitmə-soyutma sistemləri ilə təchiz olunub. eyd edək ki, nəqliyyat vasitələri bütün ekoloji standartlara cavab verir. Avtobusların qalan hissəsi 2019-cu ilin ilk aylarında hissə-hissə Bakıya gətiriləcək.
Qeyd edək ki, layihənin ümumi dəyəri 12 milyon avro təşkil edir.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












