Xankəndi sakinlərinin NƏZƏRİNƏ!

Xankəndi şəhərində ictimai nəqliyyat şəbəkəsi planı hazırlanıb və yeni marşrut şəbəkəsi üzrə marşrutlar istifadəyə verilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Avtosfer.az-a verilən məlumata görə, yeni marşrut şəbəkəsi şəhərin bütün vacib nöqtələrini birləşdirərək sakinlər üçün fasiləsiz nəqliyyat xidmətini təmin edəcək.
Xankəndidə fəaliyyət göstərəcək şəhərdaxili avtobus marşrutları bunlardır:
1 nömrəli avtobus “Qarabağ Universitetinin Klinikası - Xankəndi Tikiş Fabriki”;
2 nömrəli avtobus “Kərkicahan qəsəbəsi - Dəmiryol və Avtovağzal kompleksi”;
3 nömrəli avtobus isə “Qarabağ Universitetinin Klinikası – 1-ci dairə marşrutları üzrə hərəkət edəcək.
Marşrut xətləri boyu ümumilikdə 62 ünvanda dayanacaq məntəqələri müəyyən edilib və müvafiq nişanla təchiz olunub.
Sözügedən marşrutlar üzrə sərnişindaşımalar elektrik avtobuslarları ilə həyata keçiriləcək. Xankəndidə əhalinin bugünkü tələbatını nəzərə alaraq ilkin mərhələdə ümumilikdə 10 nəqliyyat vasitəsi 14-15 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərəcək.
Avtobuslarda ödəniş nağdsız qaydada həyata keçiriləcək. Bunun üçün nəqliyyat vasitələrində müvafiq avadanlıqlar quraşdırılıb. Fiziki kartların balansını Xankəndi şəhərində mövcud olan ödəniş terminalları vasitəsilə artırmaq mümkündür.
Qeyd edək ki, avtobusların hərəkətinə AYNA-nın monitorinq mərkəzi vasitəsilə real vaxt rejimdə nəzarət ediləcək.
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək












