Xəzərin ən böyük limanı istifadəyə verilib

Türkmənistanda Prezident Qurbanqulu Berdimuhammedovun iştirakı ilə Xəzər dənizinin ən böyük limanı istifadəyə verilib. "Report"un xarici mətbuata istinadən məlumatına görə, açılış mərasimində dövlət başçısı bildirib ki, yeni liman Qara dənizə, Avropaya, Yaxın Şərqə, Cənubi Asiya və Asiya-Sakit Okean bölgəsinə çıxış üçün ən əlverişli şərait yaradan müasir dəniz nəqliyyatı sistemi qismində çıxış edir. "Liman Xəzərin bütün regionları üçün böyük əhəmiyyətə malik olmaqla yanaşı, Türkmənistanın tranzit əlaqələri baxımından mühüm bir mərkəzdir", - deyə o, qeyd edib.
Layihənin dəyəri 1,5 mlrd. ABŞ dollarıdır və Türkiyənin "GAP İnşaat" şirkəti onu 5 ilə reallaşdırıb. Liman bərə, sərnişin və yük daşımalarını özündə cəmləyib. Bundan əlavə, limanda gəmiqayırma və gəmi təmiri zavodları yerləşir. 17 gəmiyə eyni vaxtda xidmət göstərmək mümkündür. Ərazinin ümumi uzunluğu 1 800 metrdən çoxdur.
Yeni limanın yük aşırma gücünün neft məhsullları istisna olmaq 17 mln. tondan çox olduğu deyilir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












