Xırdalanda yeni alternativ yol çəkilir

Xırdalan şəhərində Mehdi Hüseynzadə küçəsindən şəhərin 2 və 9 nömrəli tam orta məktəblərinə, Abşeron Rayon Mərkəzi Xəstəxanasına sərnişinlərin rahat, təhlükəsiz gediş-gəlişini təmin etmək, o cümlədən sıxlığın aradan qaldırılması üçün alternativ yol çəkilir. Avtosfer.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini İlham Quluyev Azərtac–a bildirib ki, əvvəlki yolun hərəkət hissəsinin sıradan çıxması, piyadaların normal və təhlükəsiz şəkildə hərəkətinin təşkili üçün səkilərin olmaması vətəndaşların gediş-gəlişində xeyli çətinliklər yaradırdı. Sadalanan problemlər yenidən qurulan küçədə artıq tam olaraq aradan qaldırılacaq. Layihəyə uyğun olaraq küçə boyu qeyri-yaşayış obyektlərinin söküntüsü işləri aparılıb. Yolun çəkilişi rayonun daxili imkanları hesabına həyata keçirilir. “Yenidənqurma işləri çərçivəsində yeni yeraltı kommunikasiya xətləri çəkilir, köhnələri isə tamamilə təzələnir”, - deyən İ.Quluyev uzunluğu 290 metr, eni isə 8-12 metr olan küçədə işlərin sürətlə və keyfiyyətlə aparıldığını vurğulayıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













