Yapon şirkəti avtomobilə çevrilə bilən robot düzəldib - FOTO

Yaponiyanın “Softbank” telekommunikasiya korporasiyanın bölməsi olan “Asratec” şirkəti bir neçə startapla birlikdə avtomobilə çevrilən robotu ictimaiyyətə təqdim edib. Avtosfer.az mətbuat.az-a istinadən xəbər verir ki, bu barədə “J-deite RIDE” layihəsinin saytında məlumat verilib.
Hündürlüyü 3,7 metr, çəkisi 1600 kiloqram olan robot iki ayağı üstdə saatda 100 metr sürətlə hərəkət edir. Belə zəif sürətlə hərəkət etməsinə baxmayaraq, robot bir dəqiqəyə ikiyerli idman avtomobilinə çevrilir. Bu avtomobil isə saatda 60 kilometr sürətlə hərəkət edir.
Elektromühərriklər vasitəsilə hərəkət edən robotu həm kabinədən əllə, həm də məsafədən pultla idarə etmək mümkündür. Diqqəti cəlb edən başqa bir cəhət isə ondan ibarətdir ki, çevrilmə zamanı avtomobilin kabinəsini tərk etməyə ehtiyac yoxdur.
İxtiraçıları bu robotun yaradılmasına ABŞ istehsalı olan “Transformerlər” fantastik filmi ruhlandırıb. Robotun yaradıcıları əldə edilən nailiyyətlə kifayətlənmək fikrində deyillər və beş metr hündürlüyündə olacaq yeni modeli 2020-ci ilədək yaratmağı planlaşdırırlar. Bu robotların əyləncə mərkəzlərində, avtomobil və robot sərgilərində istifadə ediləcəyi planlaşdırılır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













