Yeni metro stansiyaları hansı əraziləri əhatə edəcək? - Xırdalan istiqamətindən gələnlərə müjdə - VİDEO

Bakı metrosunda ciddi dəyişikliklər həyata keçirilir. AzTV xəbər verir ki, hazırda metronun ən zəif inkişaf edən istiqaməti "bənövşəyi" xətdir:
Cəmi dörd stansiyası olan bu xətt sərnişin axınının cəmi üç faizini həyata keçirir.
Bu səbəbdən metroda inkişaf əsasən "bənövşəyi" xətt üzrə nəzərdə tutulur.
Yeni stansiyalar "Nizami"də "yaşıl" xətlə, "Sahil" stansiyası yaxınlığından isə "qırmızı" xətlə kəsişmə yaradacaq.
Bu, Sumqayıt və Xırdalan istiqamətindən gələn vətəndaşların metroya ("Xocasən" və "Avtovağzal" stansiyalarında - red.) daxil olduqdan sonra şəhərin mərkəzində yer üstünə çıxmadan marşrut dəyişməsinə imkan verəcək.
Yeni metro stansiyaları "bənövşəyi" xətlə yanaşı, "yaşıl xətt" istiqamətində də olacaq.
Bildirilir ki, "yaşıl" xəttin üzərində Ağ şəhər, NZS, "Nargilə" adlanan ərazilərdə və "Həzi Aslanov-2" olmaqla 4 stansiya tikilməlidir. "Bənövşəyi" xətt üzrə "B-04" stansiyasından sonra "Nizami", "Sahil", "Xətai" stansiyalarına keçid funksiyalı, "Neftçilər" xəstəxanası yaxınlığında və Ağ şəhər layihəsini əhatə edən ərazilərdə isə 6 yeni stansiya inşası nəzərdə tutulur.
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək












