Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün hazırlıq işləri başa çatıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı bütün zəruri hazırlıq işlərini başa çatdırıb. Trend-in məlumatına görə, bunu nazir müavini Elmir Vəlizadə deyib. E.Vəlizadə yaxın zamanlarda həmin vəsiqələrin veriləcəyinə ümid etdiyini deyib: “Həmin prosesin gələn il yanvarın 1-dən başlaması planlaşdırılır. Faktiki olaraq bütün hazırlıq başa çatıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəsi elektron imza sertifikatlarının verilməsi üçün sertifikasiyalaşma mərkəzlərinin yaradılmasından ibarətdir”. Nazir müavini qeyd edib ki, bu layihə Azərbaycan vətəndaşları üçün faydalı olacaq:
“Faktiki olaraq imza şəxsiyyət vəsiqəsinin tərkibində olacaq və hər bir vətəndaş dövlət strukturlarının elektron xidmətlərindən yararlanmaq imkanı əldə edəcək”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












