Yeni qanun layihəsi: Avtobus sürücülərin maaşları artırıla bilər? - VİDEO

Hesablama Palatası 2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən hüquqi şəxslərə digər subsidiyalar üzrə 298,6 milyon manat artım ediləcəyini açıqlayıb.
Avtosfer.az xəbər verir ki, açıqlamada qeyd edilən məbləğdə artımın əsasını ictimai nəqliyyat istiqamətində fəaliyyət göstərən şirkətlərə ayrılan subsidiyalar təşkil edəcək.

Belə ki, təkcə ictimai nəqliyyatda islahatların aparılması ilə bağlı 150 milyon manat subsidiyanın ayrılması proqnozlaşdırılır. Məsələ ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, 2024-cü ildə də subsidiyaların ayrılması məsələsi nəzərdə tutulmuşdu, lakin buna mane olan bir neçə amil ortaya çıxmışdı:

“Əsas məsələ “Brutto müqaviləsi” ilə bağlıdır. Bu müqavilə ilə bağlı onu deyə bilərəm ki, dövlət ictimai nəqliyyat sahəsində irəliləyişə nail olmaq üçün sürücülərin, həm də daşıyıcı şirkətlərin inkişafı üçün diqqət ayırır. Bu müqaviləyə görə sərnişindaşıma ilə məşğul olan şirkətlər hər kilometrə görə dövlətdən pul alırlar. Bu subsidiya deməkdir. Dövlətin şirkətlərə dəstəyi deməkdir. Belə olan halda, daşıyıcı şirkətlər avtobusları qarajlarda saxlamırlar, süni sərnişin sıxlığı yaratmırlar. Qarajlarına əlavə avtobuslar toplayırlar ki, istənilən kiçik sıxlıqda xətta buraxsınlar. Şirkətlər belə olan halda özlərinin maddi-texniki bazasını gücləndirməyə maraq göstərirlər. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən də dəfələrlə vurğulanıb ki, şirkətlər özlərinin inkişafını davam etdirdikləri zaman sürücülərin maaş məsələsinə də baxılacaq. Avtobus sürücüləri artıq 800-1200 manat maaş almayacaq, kateqoriya və stajdan asılı olaraq, onların maaşlarına artımlar ediləcək”.
Elməddin Muradlı sonda onu da qeyd edib ki, ictimai nəqliyyatın inkişaf etdirilməsi, vətəndaşların şəxsi avtomobillərdən, taksilərdən istifadəni azaldacaq və şəhərdə mobilləşmə təmin olunacaq.
Səfər
Azərbaycanda avtobusda gediş haqqı məsafəyə görə hesablanacaq: Baş nazirdən QƏRAR
2006-cı ildən əvvəl işləyənlərin nəzərinə: Pensiya ilə bağlı vacib açıqlama
Ağdam–Xankəndi dəmir yolu və Füzuli–Xocavənd avtomobil yolunun inşasında SON DURUM - VİDEO
Sumqayıt və Xırdalana nəzərdə tutulan xətt nə vaxt reallaşa bilər? - Tarix açıqlandı
Qobustandakı yeni körpü istifadəyə verildi - VİDEO
Sürücülərdən alınan bu cərimələr geri qaytarılır - Bu halda
Prezident İlham Əliyev yeni qanun imzaladı
Moped sürənlərin NƏZƏRİNƏ - Dövlət rüsumları TƏSDİQLƏNDİ
Moped sürücüləri üçün YENİ TƏLƏBLƏR
Rusiyada təyyarələrlə bağlı yeni qadağa – RİSK VƏ XƏRCLƏR ARTDI
Motosikletlə təcili tibbi yardım - Yeni modelin üstünlükləri










