Yeni quraşdırılan bu kameralar hansı qayda pozuntularını çəkir? - AÇIQLAMA - VİDEO

Son günlər sürücülər tərəfindən yol polisinin günün qaranlıq saatlarında təhlükəsizlik kəmərindən istifadə etməyənləri necə aşkarlaması ilə bağlı bir sıra suallar səsləndirilirdi.
Avtosfer.az-ın sosial şəbəkə hesablarına da belə suallar dəfələrlə ünvanlanıb. Sürücülər şikayət edirlər ki, hətta yaşadığı məhəllədə olarkən təhlükəsizlik kəməri taxmadığına görə cərimə olunub. Bununla əlaqədar xəbərlər dərc edib sürücülərin suallarına aydınlıq gətirmişdik. Lakin sürücülərə qaranlıq qalan bir sıra məqamlar olduğu üçün mövzuya daha geniş cavab verməyi özümüzə borc bildik.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı Bakı Expo Mərkzədə olub. O, Daxili İşlər Nazirliyinin də iştirak etdiyi "13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat "Road and Traffic"" sərgisində nazirliyin təqdim etdiyi xüsusi texnika və avadanlıqlarla tanış olub. Burada ona yollarda quraşdırılan yeni nəsil xüsusi texniki vasitə göstərilib və ona bu qurğu ilə bağlı məlumat verilib.
Bildirilib ki, bu təhlükəsiz şəhər kameraları bir çox yollarda, eləcə də məhəllələrdə quraşdırılıb. Bu kameraların yanında onunla birbaşa bağlantılı işləyən başqa bir qurğu da olur ki, həmin qurğu vasitəsilə kameralar günün qaranlıq saatlarında belə kəmərdən istifadə etməyən sürücüləri aşkarlaya bilir.
Səfər
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək












