Yeni şəxsiyyət vəsiqələri elektron imzanı sərbəst aktivləşdirməyə imkan verəcək

Yeni şəxsiyyət vəsiqələrini almış vətəndaşlar bu sənədə inteqrə olunmuş elektron imzanı özləri aktivləşdirə biləcək. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib. Nazir müavininin sözlərinə görə, e-imzanın istifadə müddəti 3 ildir: “Əvvəllər də deyildiyi kimi, vəsiqələrin çipinə üç proqram yazılır: vəsiqə sahibinin fərdi məlumatları, autentifikasiya və e-imza serifikatlarının məlumatları və vəsiqə sahibi barədə məlumatları avtomatik yeniləməyə imkan verən funksiya. Məsələn, soyad və ailə vəziyyəti barədə məlumatlar dəyişərsə, bu məlumat vətəndaş səlahiyyətli orqana müraciət etdikdən sonra xüsusi kartriderlər vasitəsilə avtomatik yenilənəcək”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












