“Yolların asfalt örtüyü daş plitələrlə əvəzlənməlidir” - Deputat

Azərbaycanın bütün rayon və şəhərlərində yolların asfalt örtüyünün daş plitələrlə əvəz olunması təklif olunub. Avtosfer.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında hökumətin hesabatının müzakirəsi zamanı deputat Naqif Həmzəyev çıxış edib. Onun sözlərinə görə, bu praktika Gəncə şəhərində tətbiq olunub və büdcənin xeyli qənaətinə səbəb olur. N.Həmzəyev həmçinin Gəncə-Naxçıvan aviareysinin yenidən açılmasının da ciddi sosial zərurətə çevrildiyini vurğulayıb: “Bu reysin açılması tələbələr də başda olmaqla xeyli insanların iki bölgə arasında gəliş-gedişini, eyni zamanda bölgələrarası əlaqələri daha da asanlaşdıracaq”.
Eyni zamanda deputat Azərbaycanda hər il şərab festivalının keçirilməsinin də büdcəyə daxil edilməsi təklifini irəli sürüb, bunun turizmin inkişafında vacib amil olduğunu söyləyib.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












