Yolların texniki pasportunun forması hazırlanacaq - QƏRAR

Nazirlər Kabineti "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları"nda bir sıra dəyişikliklər edib. Avtosfer.az xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının siyahısı onların adı və indeksləri göstərilməklə (beynəlxalq avtomobil yollarının adlandırılması və indeksasiyası barədə beynəlxalq sazişlər nəzərə alınmaqla) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin təqdimatına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək.
Respublika və yerli əhəmiyyətli avtomobil yollarının adlandırılması və indeksasiyası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin təqdimatı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən, digər dövlət avtomobil yollarının adlandırılması və indeksasiyası yerli icra hakimiyyəti orqanları (şəhər rayonu icra hakimiyyətləri istisna olmaqla) tərəfindən müəyyənləşdiriləcək.
Avtomobil yollarının texniki pasportunun forması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlanacaq və təsdiq ediləcək.
Digər dəyişikliyə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtomobil yollarının qeydiyyatını aparacaq, bu barədə reyestrdə müvafiq qeydlər edəcək.
Avtomobil yollarının ümumi siyahısı və rəsmi xəritəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlanacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtomobil yollarının daşınmaz əmlakın kadastrı xəritəsində yerləşdirilməsi üçün zəruri olan məlumatları yarım ildə bir dəfə razılaşdırılmış formada və qaydada Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edəcək.
Avtomobil yollarının texniki pasportu təsdiq olunmuş formaya uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş kadastr məlumatlarına əsasən yol təsərrüfatı subyektləri tərəfindən iki nüsxədə hazırlanır və nüsxələrin biri yolun qeydiyyata alınması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə təqdim edilir.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












