Yüksək vəzifəyə təyin olunan Üzeyir Topçibaşev kimdir?

Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat baş tutub.
Üzeyir Topçibaşev Azərbaycan İnvestisiya Holdinqində Layihələrin idarəedilməsi ofisinin direktoru vəzifəsinə təyin olunub.
Topçibaşev bu vəzifədə portfellər üzrə mərkəzləşdirilmiş layihələrin idarə edilməsi çərçivəsinin formalaşdırılması, layihələrin idarə olunması və hesabatlılıq standartlarının müəyyənləşdirilməsi ilə məşğul olacaq. Həmçinin alüminium sənayesində həyata keçirilən üç investisiya layihəsi üzrə portfel şirkətinin baş direktoruna strateji məsləhətçi kimi fəaliyyət göstərəcək.
O, bundan əvvəl Ultel LLC şirkətində baş direktorun müavini olub. Ü. Topçibaşev 2025-ci ilin iyul-noyabr aylarında bu vəzifədə çalışıb.
2022-ci ilin avqustundan 2025-ci ilin iyulunadək isə "AzerTelecom" şirkətində layihə meneceri vəzifəsini tutub.
Ü. Topçibaşev 2020-ci ilin dekabrından 2022-ci ilin avqustunadək müstəqil biznes və məhsul inkişafı üzrə məsləhətçi kimi fəaliyyət göstərib. Bu müddətdə müxtəlif biznes layihələri, o cümlədən məhsul inkişafı, texniki-iqtisadi əsaslandırma, logistika mərkəzinin avtomatlaşdırılması və biznesin inkişafı üzrə layihələrdə çalışıb.
Bundan əvvəl, 2018-ci ilin martından 2020-ci ilin noyabrınadək "AgroCenter-Azerbaijan Agriculture Training and Development Center"də baş əməliyyat direktoru olub. Burada kənd təsərrüfatı üzrə tədqiqat və inkişaf layihələrinə rəhbərlik edib.
Üzeyir Topçibaşev 2014-2018-ci illərdə ATL Tech şirkətində əvvəlcə layihələrin idarəedilməsi direktoru, daha sonra isə kommersiya direktoru vəzifələrində çalışıb. 2013-2014-cü illərdə ATL Consultingdə layihə meneceri, 2011-ci ilin iyul-avqust aylarında isə Mace Groupda kommersiya menecerinin köməkçisi vəzifəsində fəaliyyət göstərib./Yurd.Media/

İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












