Zabrat yolunda hasarlar sökülür, səkilər tikilir - FOTO

Zabrat yolunda hasarlar sökülərək geri çəkilir və səkilər tikilir.
Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.
Paylaşımla bağlı Sabunçu Rayon İcra Hakimiyyətinin İrca başçısının Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ruhin Orucov Oxu.az-a faktı təsdiqləyib.
O qeyd etdi ki, Sabunçu qəsəbəsi, Şəhər şosesi küçəsində səki hissənin genişləndirilməsi və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Balaxanı Əməliyyat Şirkəti tərəfindən mövcud hasar geri çəkilir.
"Sözügedən hasarın suvanması və rənglənməsi də nəzərdə tutulub. Qeyd edim ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı şəhərinin digər rayonlarında olduğu kimi Sabunçu rayonunda da geniş abadlıq işləri aparılır. Rayon ərazisində COP29 marşrutu üzrə mövcud olan küçələrdə yol kənarlarında ümumi görünüşə xələl gətirən primitiv formalı obyektlərin və hasarların abadlaşdırılması ilə bağlı işlər davam etdirilir", - deyə R.Orucov bildirib.
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA













