Zəngəzur marşrutu Mərkəzi Asiyanın Avropa bazarlarına çıxışını asanlaşdıracaq

Zəngəzur dəhlizinin istismara verilməsi bu marşrut boyunca yerləşən ölkələr üçün mühüm iqtisadi və logistik üstünlüklər yaradacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report" Özbəkistan Nəqliyyat Nazirliyinin layihəsi çərçivəsində hazırlanmış analitik hesabata istinadən xəbər verir.
Sənəddə bildirilir ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin yükünü azaltmaq üçün ən optimal variantlardan biri Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək 43 kilometrlik dəmir yolu hissəsi - Zəngəzur dəhlizidir.
Hesabatda qeyd olunur ki, dəhlizin istifadəyə verilməsi Azərbaycan ilə Türkiyə arasındakı marşrutu əhəmiyyətli dərəcədə qısaldacaq. Hazırda BTQ xətti üzrə yük qatarları Gürcüstan ərazisindən keçməklə təxminən 250 km yol qət edir. Yeni marşrut isə sərhədyanı Ağbənd kəndinə qədər yolların tikintisinin tamamlanmasından sonra iki ölkə arasındakı məsafəni 343 km azaldacaq. Bu isə həm daşınma müddətinə, həm də nəqliyyat xərclərinə ciddi qənaət edilməsinə imkan verəcək, Gürcüstan üzərindən keçən marşrutla müqayisədə yük çatdırılma vaxtını təxminən bir gün azaldacaq.
Bununla yanaşı, hesabatda vurğulanır ki, Zəngəzur dəhlizinin açılması BTQ marşrutunun əhəmiyyətini azaldan deyil, əksinə, onu tamamlayan bir alternativ kimi çıxış edəcək. Hər iki istiqamət birgə şəkildə regionun tranzit potensialını artıracaq, hesabatda deyilir.
Tədqiqat müəlliflərinin fikrincə, bu dəhliz Asiya ilə Avropa arasında uzanan nəqliyyat-logistika zəncirinin bütün iştirakçıları üçün fayda təmin edəcək. Yeni marşrut Asiya ölkələrinin Avropa bazarlarına quru yolu ilə daha asan və sürətli çıxışını təmin etməklə yanaşı, regionun logistik imkanlarını da əhəmiyyətli dərəcədə genişləndirəcək. Bu isə tranzit xidmətlərinə olan tələbatı artıracaq.
Xüsusilə Mərkəzi Asiya ölkələri üçün Zəngəzur dəhlizi, Azərbaycan ərazisi üzərindən Türkiyə, Rumıniya və Bolqarıstan kimi Avropa ölkələrinin bazarlarına çıxışı təmin edən strateji alət kimi qiymətləndirilir.
Hesabatda qeyd olunur ki, dəhlizin tam fəaliyyətə başlaması Azərbaycan üçün hazırda prioritet istiqamətlərdən biridir. Bu layihə Ermənistan da daxil olmaqla bütün region ölkələrinin maraqlarına cavab verir. Dəhlizin işə düşməsi ilə yanaşı, Azərbaycan və Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsi yaradılacaq, eyni zamanda Naxçıvandakı Culfa qovşağı vasitəsilə Azərbaycan, Ermənistan və İran arasında sovet dövründə fəaliyyət göstərmiş nəqliyyat əlaqələri bərpa ediləcək.
Sənəddə, həmçinin vurğulanır ki, Qars-Gümrü-Naxçıvan-Mehri-Bakı marşrutunun formalaşması Türkiyə ilə region ölkələri arasında birbaşa dəmir yolu əlaqəsinin qurulmasına imkan verəcək. Bu isə regionlararası əməkdaşlığın inkişafına və iqtisadi inteqrasiyaya əlavə təkan verəcək.
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO











