Zərdabda 11 km uzunluğunda yol yenidən qurulur – FOTO + VİDEO

Dövlət başçısının regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində verdiyi tapşırıq və sərəncamlarına əsasən ölkədə yol infrastrukturunun yenidən qurulması istiqamətində əsaslı islahatlar aparılır. Qurumdan Avtosfer.az-a verilən məlumata görə, çünki Azərbaycanda icra edilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də məhz avtomobil yolu layihələrinin icrasıdır və bununla bağlı uğurlu layihələr hər bir bölgəni, rayonu və kəndi əhatə edir.
Zərdab rayonunda bu il 22.4 km uzunluğunda 2 avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub ki, artıq onlardan birində artıq işlərə start verilib.
Bu yerli əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 21-ci km-dən ayrılan və 11 km uzunluğa malik Birinci Alıcanlı avtomobil yoludur. Sözügedən avtomobil yolu IV texniki dərəcəlidir və 2 kəndin 2 minə yaxın əhalisinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edir. Yolun 0-8 km hissəsi qara örtükdən, 9-11 kilometr hissəsi isə çınqıl örtükdən ibarətdir. Uzun müddətli istismar nəticəsində yol örtüyü tamamilə sıradan çıxıb, yol əsasında çoxlu sayda çökmələr, çalalar əmələ gəlib. Təbii ki, yolun bu vəziyyətdə olması gediş-gəlişi çətinləşdirməklə yanaşı, yol boyu kənd təsərrüfatının inkişafına da mənfi təsir göstərirdi.
Hazırda yol boyu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən kompleks təmir-tikinti işləri yuxarıda sadalanan problemlərin birdəfəlik həllinə gətirib çıxaracaq. Çünki torpaq yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, yolun qazılmış və relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılır və kipləşdirilir. Bundan başqa yolun müəyyən hissəsi bataqlıq-göl ərazisindən keçdiyi üçün burda yol yatağı torpağın xüsusi bərkitmə texnologiyası əsasında xüsusi qrunt tökülərək inşa edilir, yolun altına borular atılır.
Artıq yolun 5 km-lik hissəsində yol yatağı və yol əsasının inşası aparılaraq yekunlaşdırılıb, qalan hissədə isə davam etdirilir. Yol əsasının inşası üçün qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunur. Yolun çiyin hissələri də dağıldığından hazırda 44 min kv.m sahədə çiyinlərin 12 sm qalınlığında optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi işləri aparılır. Torpaq işləri 110 min kv.m sahəni əhatə edir.
Yol boyu suötürücü qurğular tamamilə sıradan çıxdığı üçün yolun 4-cü km-də su kanalı üzərində uzunluğu 6,2 metr olan suötürücü qurğunun tikintisi, yolun 5-ci km-də Qarasuçay üzərində yerləşən uzunluğu 105 metr olan mövcud avtomobil körpüsünün isə təmiri işləri aparılır. Bundan başqa yol boyu suların ötürülməsi üçün müxtəlif diametrli 276 paqon-metr 23 ədəd dəmir, həmçinin 108 paqon-metr 9 ədəd dəmir-beton borunun quraşdırılır.
Tikinti layihəsinə uyğun olaraq yolun 66 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət və 12 sm qalınlıqda asfalt-beton örtüyünün döşənməsi, 1 ədəd avtobus dayanacağının tikintisi, 290 ədəd siqnal dirəyinin, 86 ədəd yol nişanı v məlumatverici lövhənin quraşdırılması, yolda 33 km uzunluğunda xətlənə işlərinin aparılması nəzərdə tutulub.
Namiq
Moped sürənlərin NƏZƏRİNƏ - Dövlət rüsumları TƏSDİQLƏNDİ
Moped sürücüləri üçün YENİ TƏLƏBLƏR
Rusiyada təyyarələrlə bağlı yeni qadağa – RİSK VƏ XƏRCLƏR ARTDI
Motosikletlə təcili tibbi yardım - Yeni modelin üstünlükləri
Şuşanın “Tarqovı”sı adlanan Qarabağ küçəsində nələr dəyişəcək? - FOTO
Bakıda iki parkın kəsişməsində yeni piyada işıqforları quraşdırılıb - VİDEO
Zabrat-Kürdəxanı şosesində səsli svetoforlar quraşdırıldı - VİDEO
Sürət həddini aşan avtomobillərin mühərrik gücü azaldılacaq? – RƏSMİ
Şəhərətrafı yollarda diqqət çəkən piyada problemi – FOTO
Bakıda üç yeni körpü inşa edilir – VİDEO
Şuşadakı abidələrin korlanması qadağan edildi


















