Zolaqlar avtobuslara nə qədər vaxta qənaət etməyə imkan yaradır?

Böyük şəhərlərdə sərnişindaşımanın əsas problemlərindən biri avtobusların sıxlıqda ləngiməsidir.
Avtosfer.az xəbər verir ki, tıxaclarda digər nəqliyyat vasitələri ilə eyni şərtlərdə hərəkət edən ictimai nəqliyyat həm sərnişinlərin vaxtını alır, həm də avtobusların hərəkət qrafikini pozur.
Bu problemi aradan qaldırmaq üçün Bakıda xüsusi avtobus zolaqları tətbiq olunur. Ayrılmış zolaqlar avtobusların tıxacdan yan keçərək daha sürətli hərəkət etməsinə, nəticədə isə sərnişinlərin mənzil başına vaxtında çatmasına şərait yaradır.
Maraqlı məqam isə budur ki, bu zolaqlar gündəlik daşınan minlərlə sərnişinin nə qədər vaxta qənaət etməsinə real təsir göstərir?
Mövzu ilə bağlı BAKU.WS-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, marşrutlarda avtobus sayı və hərəkət intervalı sərnişin tələbatına uyğun təşkil edilir:
"Lakin günün pik saatlarında marşrutların hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı avtobuslararası intervalın artmasına səbəb olur. Daşıyıcılara sərnişin sıxlığı yaranacağı təqdirdə marşruta əlavə avtobusların cəlb edilməsi, marşrutun nizamlı fəaliyyətinin təmin olunması ilə bağlı tapşırıq verilir.
Qeyd edək ki, hazırda 40-a yaxın küçə və prospektdə ümumilikdə 112 kilometrdən çox avtobus zolağı çəkilib. Hər gün paytaxt və ətraf ərazilərdə bu zolaqlarla hərəkət edən avtobuslarla 1 milyona yaxın sərnişin daşınır. Bakı şəhərində avtobuslar üçün ayrılmış zolaqlar üzrə orta sürət artıb, şəhərin bir sıra ərazilərində gediş vaxtı 12-22 dəqiqəyə qədər qısalıb".
Yeni lüğətdə hansı sözlərə yer verilməyəcək? – AÇIQLAMA
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir












