Ağsu dolaylarında hərəkət çətinləşdi - FOTO - VİDEO

Səhər saatlarından Ağsu rayonuna və dağlıq ərazilərə yağan qar günorta saatlarında daha da şiddətlənib.
Avtosfer.az xəbər verir ki, qar yağması və havanın şaxtalı keçməsi səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində hərəkət çətinləşib. Əsasən dolaylı, sərt enişli-yoxuşlu ərazilərdə avtomobillərin hərəkəti tamamilə dayanıb. Bəzi nəqliyyat vasitələri sürüşərək yoldan çıxıb.
Ağsu dolaylarında hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən fasiləsiz xidmət təşkil olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, sürücülərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə zəruri tədbirlər həyata keçirilir. Nəqliyyatın hərəkəti polis əməkdaşları tərəfindən tənzimlənir, sürücülərlə profilaktik iş aparılır və onlara yollardakı vəziyyət barədə məlumat verilir. Vətəndaşlara köməklik göstərilir, onların mənzil başına təhlükəsiz şəkildə çatmaları təmin olunur. Yol patrul xidməti avtomobillərinin müşayiəti ilə aidiyyəti qurumların əməkdaşları tərəfindən əraziyə qum və duz səpilir, təhlükəsizlik tədbirləri davam etdirilir.
Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi - FOTO
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO













