Vilayət Eyvazov bu rayonda vətəndaş qəbulu keçirəcək - FOTO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov dekabrın 2-də Masallı rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.
Avtosfer.az xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin inzibati binasında keçiriləcək qəbulda Masallı, Lənkəran, Lerik, Astara, Yardımlı şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.
Vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı dekabrın 1-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı dekabrın 2-də 08:00-da Masallı Olimpiya İdman Kompleksində keçiriləcək.
Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
Qubada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə profilaktik tədbir keçirilib - FOTO
Sosial şəbəkədə baxış xətrinə başqalarının həyatını təhlükəyə atırlar – DYP-dən XƏBƏRDARLIQ – VİDEO
Sükan arxasında yuxulayan sürücü potensial təhlükədir - DYP
Yol polisindən küləkli hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
“Yol səhvləri bağışlamır” – DYP-dən sürücülərə XƏBƏRDARLIQ
Sosial şəbəkədə canlı açaraq qəzaya düşənlərə DYP-dən ÇAĞIRIŞ - VİDEO
DYP həftə sonu səfərə hazırlaşan sürücülərə MÜRACİƏT ETDİ
Qəza zamanı bu qaydalara əməl edin - DYP-dən sürücülərə ÇAĞIRIŞ - FOTO
Bu yolda avtomobilin hərəkəti məhdudlaşdırılacaq
“Yolda bir neçə saniyə gözləmək bir insanın həyatını xilas edə bilər” - DYP - VİDEO
Yol polisi təhlükəli ərazidə əlil vətəndaşa belə kömək etdi - VİDEO











