DYP-dən utilizasiya ilə bağlı mühüm açıqlama - VİDEO
“Təmiz Şəhər” ASC tərəfindən nəqliyyat vasitələrinin utilizasiyasının elektron qaydada idarə edilməsi məqsədilə hazırlanmış portal ictimaiyyətə təqdim edilib.
Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşının da iştirak etdiyi görüşdə utilizasiya proqramının ətraf mühitə və yol hərəkəti təhlükəsizliyinə təsiri məsələləri müzakirə olunub və “nvu.gov.az” portalının təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Baş DYP İdarəsinin əməkdaşı texniki-təhlükəsizlik baxımından yararsız avtomobillərin yol qəzalarının ağırlıq dərəcəsinə təsiri haqda məlumat verib, utilizasiya proqramının aktiv, passiv və qəzasonrası təhlükəsizliyi yüksək olan, habelə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin təşviqinə töhfə olduğunu bildirib.
Bununla yanaşı, utilizasiya prosesinin sürətləndirilməsi üçün hədəf qrupları arasında təşviqat işinin aparılmasının vacibliyini vurğulayan DYP təmsilçisi, bu sahədə birgə əməkdaşlıq təşəbbüslərinin yüksək qiymətləndirildiyini qeyd edib.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












