DYP xanım sürücülərə çağırış etdi: "Qadına həbsxana yaraşmır”

Bu il qadın sürücülərin iştirakı ilə baş vermiş qəzaların sayı açıqlanıb.
Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polis İdarəsindən məlumat verilib.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bütün xanım sürücülərə müraciət edərək son vaxtlar onların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin ciddi narahatlıq doğurduğunu bildirib.
Qurumdan verilən məlumata görə, aparılan təhlillər göstərib ki, bəzi hallarda diqqətsizlik və yol hərəkəti qaydalarına əməl olunmaması ağır nəticələrə gətirib çıxarır. Belə ki, cari ilin ötən dövründə qadın sürücülərin iştirakı ilə baş vermiş 107 yol-nəqliyyat hadisəsində 16 nəfər həlak olub, 159 nəfər isə xəsarət alıb.
BDYPİ müraciətində qeyd olunub ki, hər bir xanım sürücü — bir ana, həyat yoldaşı və cəmiyyətin dəyərli üzvü olaraq — övladına, ailəsinə və cəmiyyətə qarşı məsuliyyətini unutmamalıdır:
Yüksək sürət, qəfil və təhlükəli manevrlər kimi ekstremal davranışlara yol verildikdə, sürücülər düşünməlidir ki, bu hərəkətlər insan həyatının sonuna, xəstəxanaya, yoxsa həbsxanaya aparır.
Ciddi qayda pozuntuları zamanı qadın sürücülər övladlarını, analıq borcunu, ailəsini, cəmiyyətdəki rolunu və nüfuzunu nəzərə almalıdır.
“Unutmayın, qadına həbsxana yaraşmır. Sürət fəxr deyil, təhlükədir. Qəza bir anda baş verir, peşmançılıq isə ömürlük olur”, – deyə BDYPİ xəbərdarlıq edib.
Baş Dövlət Yol Polisi İdarəsi bütün xanım sürücüləri soyuqqanlı və məsuliyyətli davranmağa, emosiyaya qapılmamağa və riskli hərəkətlərdən uzaq durmağa çağırıb:
“Yol hərəkəti yarış deyil – bu, həyatın özüdür.”
Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi - FOTO
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO












