Sürətə və manevr qaydalarına əməl etmək hər bir sürücünün əsas vəzifəsidir - DYP

DİN Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri hərəkət zamanı qaydalara riayət etməyə çağırıb. İdarədən Avtosfer.az-a daxil olan müraciətdə qeyd olunub ki, sürət həddinə, manevretmə qaydalarına əməl etmək hər bir sürücünün əsas vəzifəsidir. Bu qaydalar insan həyatının təhlükəsizliyini təmin edir və onlara etinasız yanaşmaq ağır nəticələrə gətirib çıxara bilər: "Təəssüf ki, bəzi sürücülərin intizamsızlığı, məsuliyyətsizliyi və səbirsizliyi səbəbindən hələ də yol hərəkəti qaydalarının pozulması və bunun acı nəticələri müşahidə olunur.
Qanunvericiliyin tələblərinə əsasən, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və ya dayanmazdan əvvəl istiqamət dəyişikliklərini xarici işıq siqnalları ilə, bu mümkün olmadıqda isə əl işarələri ilə bildirməlidir. Eyni zamanda, manevr zamanı təhlükəsizlik təmin edilməli və digər hərəkət iştirakçılarına maneə yaradılmamalıdır.
Sonda Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə müraciət edərək bir daha xatırladıb: “Yolda özümüzün və başqalarının həyatına biganə qalmayaq!”

Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi - FOTO
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO












