103 illik "Peugeot" 7 milyon 260 min dollara satılıb - FOTO

Bonhams hərrac evinin keçirdiyi hərracda dünyada ən bahalı fransız avtomobili olan 1914-ci ilin Peugeot L45 Grand Prix Two-Seater modeli satılıb. İndianapolisdə yarışan klassik yarış avtomobili 7 milyon 260 min dollara satılıb. Satışına bir milyon dollardan start verilən yarış avtomobili orijinal kuzovunu və güc qurğusunu qoruyub-saxlayıb. Peugeot L45 Grand Prix Two-Seater 112 at qüvvəsinə malik olan 4,5-litrlik dörd silindrli mühərrik ilə hərəkətə gəlir. Ehtimallara görə, bu L45 modelinin bizim günlərə qədər gəlib çatan iki nüsxəsindən biridir.
Yarış Peugeot L45 avtomobilin dörd sahibi olub: 1914-cü ildə avtomobili ehtiyat bolidi kimi saxlayan Peugeot şirkəti özü, 1916-cı ildə İndianapolisdə üçüncü yer tutmuş Ralf Malford, 1919-1920-ci illərdə yarışmış Art Klyayn və nəhayət 1949-cu ildə avtomobili öz kolleksiyasına qatan amerikalı iş adamı Lindley Botsuell.
Avtomobili əldə edən Botsuell dərhal İndianapolis trekinə yollanaraq, onunla dörd dövrə vurmuşdur. Bu zaman avtomobilin ortalama sürəti 166 km/saat olub. Bundan sonra, 2003 və 2011-ci illədə Peugeot L45 Qodvud sürət festivalı çərçivəsində keçirilən yoxuşa çıxma yarışlarında iştirak edib. 2014-cü ildə L45 Pebbl-Biçdə keçirilən Zəriflik müsabiqəsinə qatılıb.
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir
İkinci əl ehtiyat hissələri niyə bahalaşıb? - VİDEO
Bu qurumların nəqliyyat vasitələri ucuz qiymətə satışa çıxarılır: 3750 manatdan ... - SİYAHI
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...














