613 minə satılan “Mercedes”in real qiyməti məlum oldu

Avtosfer.az xəbər verir ki, Azərbaycanda 613 min manata satılan “Mercedes S65 AMG” model avtomobilin real qiyməti bəlli olub. Turbo.az saytında yer alan elanda “Mercedes S65 AMG” markalı avtomobil 613 min manata təklif olunur. 2016-cı il istehsalı olan qara rəngli bu avtomobilin 6000 kubsantimetr həcmində, 630 at gücündə mühərriki var. Öz növbəsində, “Mercedes” avtomobillərin Azərbaycandakı rəsmi dileri “AutoStar Kaukasus” şirkəti avtomobilin qiyməti ilə bağlı oxu.az-a bəzi faktları açıqlayıb.
Şirkətdən verilən məlumata görə, hazırda eyni komplektasiyalı avtomobili “AutoStar Kaukasus” şirkətində ƏDV daxil 480 min manata sifariş etmək mümkündür. Qeyd olunur ki, 613 min manat həmin avtomobilin qeyri-rəsmi satış qiymətidir və bu tip avtomobili əldə etmək istəyən müştəri “AutoStar Kaukasus” şirkətinə müraciət edərək nə az, nə çox, düz 133 min manat qənaət etmiş olar.
“Bunu nəzərə alaraq vətəndaşlara bir daha çağırış edirik - Avtomobilləri qeyri-rəsmi satış mərkəzlərindən alıb aldanmasınlar. Hazırkı qiymət fərqi bir daha onu göstərir ki, müştərilərə avtomobilləri rəsmi satış mərkəzindən almaq daha sərfəlidir”.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










