Avtomobil alanda aldanmamaq üçün bu qaydaları - BİLİN

Yeni avtomaşın alan zaman aldanmamaq üçün bir sıra şərtlərə əməl etmək vacibdir.
Avtosfer.az həmin şərtləri təqdim edir:
1. Mütləq texniki pasporta nəzər salın. Etibarnamə ilə alan şəxslər bunu heç vaxt etmirlər.
Texniki pasportda yazılmış istehsal tarixinə baxın. Daha sonra Vin kod-da axtarış edin. Həmçinin avtomobilin şüşələrinə və təhlükəsizlik kəmərinə belə istehsal ili yazılır. Üstəgəl texniki pasportda olan nömrə ilə banda olan nömrələri mütləq tutuşdurun.
2. Kapotu açın.
Onun altında nə varsa, təmiz olmalıdır. Toz və çirk yağ axımını gizlədə bilər. Boltların və bağlayıcı hissələrin yanındakı çirklərə fikir verin.
3. Kuzov elementlərinin arasındakı arakəsmələrə fikir verin.
Bütün avtomobillərdə (hətta Rusiya istehsalı olan avtomobillərdə belə) bu arakəsmələr eyni ölçüdə olmalıdır.
4. Təkərlərə baxın.
Şin bərabər səviyyədə yeyilməlidir. Əgər belə deyilsə, deməli, avtomobilin hərəkət sistemində problem var.
5. Kuzovun elementlərinin eyni tonlu olmasına diqqət edin.
Avtomobilin rənglənməsi avtomobilin qəzalı olmasının ilkin əlamətidir. Avtomobilin hər yerində rəng eynidirmi? Əgər avtomobili təmamən rəngliyiblərsə, şüşənin rezin altlıqlarına fikir verin. Yük yerinin kənarlarındakı rezin kənarlıqlara diqqət edin. Bütün rezin və plastik yerlərə baxın. Haradasa rəng izi qala bilər.
6. Qapıları açın və bağlayın.
Bütün qapılar eyni formada və səslə bağlanır. Əgər qapıların bağlanmasında fərq varsa, deməli, avtomobil nə vaxtsa zərbəyə tuş gəlib.
7. Avtomobilin üzərinə diqqətlə baxın.
Rəngə ziyan vurmadan əzilmiş avtomobilin dəmirini düzəldənlərə də rast gəlmək mümkündür. Onun üçün xüsusi diqqətli olmaq lazımdır. Bəzən qiymət “ölməsin” deyə satıcı bu faktı gizlədir.
8. Mühərriki işə salın.
Əgər isti və quru havadırsa, səsboğucudan çıxan tüstü demək olar görünmür. Qaz verdikdə isə çox açıq və çox açıq rəngli, gözlə zəif görünəcək bir tüstü çıxmalıdır. Qara tüstü çıxırsa, yanacaq sistemində, göy rəng tüstü - yağ kamerasında problem olduğunu, tünd ağ rəng isə su və ya buxarın olduğuna işarədir.
9. İndi isə gedirik
Avtomobili dinləyin. Sürəti aşağı saldıqda uğultu varsa, deməli, hər hansı bir detalda problem var. Bədənimizdə ağrılar hər hansı bir xəstəlik barəsində siqnal verirsə, avtomobilin səsi də eyni cür siqnal ötürür.
10. Quru asfaltda qəfil əyləci basın.
Avtomobil kənara çəkməli deyil. ABS-li avtomobildirsə, təkərlər səs etməli deyil. Daha sonra əyləc yoluna baxın. Xətlər simmetrik olmalıdır.
11. Yolun düz və hamar hissəsini tapın və sükanı buraxın
Əgər avtomobil kənara çəkirsə, asqı və kuzovun həndəsi forması dəyişib. Döndərmisən, amma sükan sanki dönüb. Deməli, sükan mexanizmi əyridir. Bu asta sürətlə hansısa maneəyə çırpılanda olur. //avtostop
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir
İkinci əl ehtiyat hissələri niyə bahalaşıb? - VİDEO
Bu qurumların nəqliyyat vasitələri ucuz qiymətə satışa çıxarılır: 3750 manatdan ... - SİYAHI
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...










