Avtomobil almaq istəyənlərə bədbin proqnoz – Daha pis olacaq
Avtobazar
15 Dekabr 2016 14:29

Aksiz vergisinin qalxması bazarda durğunluğa təsir edib
Ötən ilin cari dönəmində baş verən devalvasiya maşın bazarına da təsirsiz ötüşmədi. Dolların məzənnəsinin 0.78-dən 1.05-ə qalxması, növbəti devalvasiya, bankların avtomobil kreditini dayandırması alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb oldu. Artıq bir ildir ki, avtomobil bazarında durğunluq yaşanır. Aksiz vergisinin qalxması da bazarda durğunluğa təsir edib.

İqtisadçı-ekspert Vüqar Bayramov cebhe.info-ya bildirib ki, avtomobil bazarında durğunluğun səbəbi xaricdən idxal edilən avtomobillərin sayının azalması ilə əlaqədardır: "Son bir ildə ölkəyə gətirilən avtomobillərin sayında azalma müşahidə edilir. Bununla yanaşı, 2014-cü ildə bankların avtomobil kreditləşdirməsini dayandırması nəticə etibarı ilə bazardakı alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb oldu. 2014-2015-ci illərdə bazar qiymətlərində artım olmasa da cari ildə bazarda istənilən məhsulun qiymətində artım gözə çarpdı”.
Avtomobil bazarında yaranan durğunluğa təsir edən əsas amillərdən biri də ucuz avtomibllərin satılmasıdır. İqtisadi durumu qənaətbəxş olmayanlar bazarda öz ciblərinə uyğun avtomobil tapa bilmirlər. Bazarda ucuz avtomobillərin olmaması qiymətin artmasına birbaşa şərait yaradır: "Hazırda bazarda ucuz avtomobilin olmaması, avtomobil sayının azalması da qiymətlərin artmasına səbəb olub. Tələblə yanaşı bazarda təklif də azalıb”.
V.Bayramov hesab edir ki, aksiz vergilərinin artması qiymət artımında birbaşa rol oynamır: "Çünki aksiz vergisi daha çox bahalı avtomibllərin sayına təsir edir. Lakin müəyyən mənada aksiz vergisinin artması bazara təsir edib”.
İqtisadçı hesab edir ki, avtomobil bazarında qiymətlərin artmasına baxmayaraq növbəti aylarda da bazarda durğunluq davam edəcək. Alıcılıq qabiliyyəti yüksələrsə, banklar avtomobil kreditləşməsini bərpa edərsə, durğunluğu aradan qaldırmaq olar.
Oxunub : 8588
DİGƏR XƏBƏRLƏR
17 Avqust 2026 10:03
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
17 Avqust 2026 09:23
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
14 Avqust 2026 17:39
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
4 Avqust 2026 20:51
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
3 Avqust 2026 17:54
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
1 Avqust 2026 23:11
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
30 İyul 2026 14:54
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
24 İyul 2026 16:18
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
22 İyul 2026 17:39
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
15 İyul 2026 10:00
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
9 İyul 2026 14:16
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
5 İyul 2026 20:31
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
ŞƏRH YAZ










