Avtomobil bazarında yeni qadağaya ehtiyac var

"Azərbaycanda köhnə avtomobillərin ölkəyə gətirilməsinin qarşısını almaq üçün yeni qadağaya ehtiyac var". Avtosfer.az xəbər verir ki, bunu fins.az-a açıqlamasında avtomobil üzrə ekspert Eldəniz Cəfərov deyib. Onun sözlərinə görə, istehsal tarixi 2005-ci ilə qədər olan avtomobillərin ölkəyə gətirilməsinin qadağan edilməsi artıq müsbət təsirini göstərib: "Əvvəllər köhnə, sıradan çıxmış, bir neçə avtomobilin birləşməsi olan avtomobilləri Azərbaycana gətirirdilər. Onlara tam nəzarət mümkün deyildi. Bununla bağlı qadağanın müsbət təsirləri oldu, xüsusilə də ekologiyaya vurulan zərərin böyük bir hissəsi aradan qalxdı".
Ekspert təklif edir ki, artıq istehsal tarixi 2010-ci ilə qədər olan avtomobillərin ölkəyə gətirilməsinə qadağa qoyulsun. Belə olan halda artıq köhnə avtomobillərin Azərbaycana gətirilməsinin qarşısı alınacaq. Həm fərdi qaydada, həm də distribütorlar ölkəyə yeni avtomobilləri gətirə biləcəklər.
E.Cəfərov bildirib ki, yeni qadağanın tətbiqi ilə əlaqədar ölkəyə yeni avtomobil gətirilməsi üçün bank və sığorta xərclərində güzəştlərin tətbiqi, 20% ilkin ödənişlə avtokreditlərin bərpa edilməsi məqsədəuyğun olardı: “Yeni avtomobillərə görə verilən avtokreditlərdə ilkin ödənişin aşağı salınması avtomobil bazarında yenidən canlanma yaradacaq”.
Ekspertin sözlərinə görə, daha bir güzəşt isə avtokreditlərə görə bankın tutduğu əlavə xərclərin aradan qaldırılması ola bilər: “Avtomobili kreditlə alan müştəri onsuz da əlavə faiz ödəyir. Bununla yanaşı, ondan əlavə xərclər də çıxılır. Bu xərclər ixtisar edilməlidir. Eyni zamanda, sığorta xərclərində də endirim edilsin. Hazırkı şərtlər daxilində kasko sığorta xərcləri çox yüksəkdir”.
E.Cəfərovun sözlərinə görə, ölkəyə köhnə avtomobillərin gətirilməsinin qarşısının bu şəkildə alınmasının bütün tərəflər üçün müsbət nəticəsi olacaq. Birincisi, ekologiyaya vurulan ziyanın qarşısı xeyli alınacaq. Avtokreditlərin genişlənməsi avtomobil bazarını canlandıracaq. Bu isə öz növbəsində avtomobil şirkətləri, bank və sığorta şirkətləri də daxil olmaqla, ümumilikdə ölkənin bütün maliyyə sisteminə müsbət təsir göstərəcək.
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO










