Avtomobil biznesi ağır günlərini yaşayır

2017-ci ilin yanvar-mart aylarında Azərbaycana 1431 ədəd nəqliyyat vasitəsi gətirilib. Bu, ötən ilin 3 ayı ilə müqayisədə 5 faiz çoxdur. 2016-cı ilin birinci rübündə Azərbaycana 1362 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu. Avtosfer.az "marja"ya istinadən xəbər verir ki, nəqliyyat vasitələrinin idxalında artım yük avtomobillərinin idxalının atmasından qaynaqlanıb. Əslində minik avtomobillərinin idxalı 4 faiz azalıb. Belə ki, bu ilin yanvar-mart aylarında 1185 ədəd minik avtomobili idxal olunub. Keçən ilin anoloji dövründə minik avtomobili idxalı 1235 ədəd təşkil etmişdi. Keçən ilin ilk rübündə 97 ədəd yük avtomobili idxal olnarkən, bu ilin anoloji dövründə idxal 195 ədəd təşkil etmişdir. Yük avtomobili idxalındakı 98 ədədlik artım cəmi nəqliyyat vasitələrinin idxalının artmasında səbəb olub. 2017-ci ilin yanvar-mart aylarında ölkəmizə 25 ədəd avtobus, 1185 ədəd minik avtomobili, 195 ədəd yük avtomobili, 26 ədəd xüsusi təyinatlı avtomobil idxal olunub. 2016-cı ilin Yanvar- Mart aylarında Azərbaycana 19 ədəd avtobus, 1235 ədəd minik avtomobili, 97 ədəd yük avtomobili, 11 ədəd xüsusi təyinatlı avtomobil idxal olunmuşdu. Minik avtomobili idxalının azalması rəsmi distribyutor və dilerlərin satışlarının çox aşağı qalmaqda olduğuna işarə edir. Son iki ayda dolların manat qarşısında bir qədər ucuzlaşması avtomobil satışlarını cüzi canlandıra bilər.
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











