Avtomobil istehsalı azalıb - Azərbaycanda

Azərbaycanda bu ilin yanvar-sentyabr ayları ərzində 141 ədəd minik avtomobili istehsal olunub. Avtosfer.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 74,9% azalma deməkdir.
Bu il oktyabrın 1-nə 165 ədəd hazır məhsul ehtiyatı yaranıb. Hesabat ilində yük avtomobili istehsalı 386 ədəd, traktor istehsalı 709 ədəd təşkil edib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə yük avtomobilləri üzrə 54,4%, traktor istehsalı üzrə isə 5 dəfə artım qeydə alınıb.
Maşın və avadanlığın, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 190,9 mln. manatlıq məhsul istehsal edilib.
Qeyd edək ki, Azərbaycanda avtomobil istehsalı Naxçıvan, Gəncə şəhərləri və Şamaxı rayonunda həyata keçirilir.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










