Avtomobili yaxşı qiymətə necə satmaq olar? - VİDEO

Avtomobili yaxşı qiymətə necə satmaq olar? Bu sual yəqin ki, bir çox insanı maraqlandırır. Apardığımız sorğu göstərir ki, əksər insan avtomobili satışa düzgün hazırlaya bilmir. Nəticədə isə avtomobil aşağı qiymətə alınır. Əslində isə bəzi nüanslara diqqət etməklə siz avtomobilinizi real dəyərinə hətta daha bahalı sata bilərsiz. Əksər sürücülər də bu şəxslər kimi avtomobilni satarkən onu satışa düzgün hazırlaya bilmirlər. Nəticədə isə avtomobil bazarda ya dəyərindən xeyli aşağı qiymətə satılır, ya da ümumiyyətlə satılmır.
Ekspert Qurban Məmmədov isə deyir ki, avtomobilini satan şəxs bəzi nüanslara əməl etməklə onu real qiymətinə sata bilər. ilk öncə mütləq avtomobil satışa çıxarılmadan əvvəl yuyulmalıdır. Həmçinin işləməyən bəzi xırda detalların dəyişdirilməsi və sızıntıların aradan qaldırılması da avtomobilin yaxşı qiymətə satılmasına kömək edə bilər.
Bundan başqa, avtomobilin üzərində olan cızıqlar da satışdan öncə aradan qaldırılsa yaxşı olar. Əks halda bu avtomobilin qiymətinin xeyli azalmasına səbəb bilər.
Qurban Məmmədov deyir ki, avtomobilin şinlərinin köhnə olması da qiymətə mənfi təsir edən amillərdəndir.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










