Azərbaycan avtomobil idxalını 9 dəfə azaldıb

Cari ilin yanvar-fevral ayında Azərbaycana 821 ədəd avtomobil idxal olunub.
Avtosfer.az Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,1 dəfə azalma deməkdir. Belə ki, ötən ilin yanvar-fevral aylarında bu göstərici 7 511 ədəd təşkil edib.
Avtomobil idxalının 737 ədədi və ya 89,8%-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 9,5 dəfə azalıb.
Bundan başqa, hesabat dövründə ölkəyə 67 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi gətirilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,05 dəfə azdır.
Həmçinin, sürücü də daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 119 ədəddən 9 ədədə qədər, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı 22-dən 8-dək azalıb.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










