Azərbaycan avtomobillərinin satışa çıxarılacağı vaxt açıqlandı

Azərbaycan ilə İranın Neftçalada inşa edəcəkləri birgə avtomobil zavodunun istehsalı olacaq ilk avtomobil 2017-ci ilin mayında satışa çıxarılacaq. Avtosfer.az xəbər verir ki, bu barədə yerli mətbuata məlumat verən İranın sənaye nazirinin müavini Cəfər Sərcani qeyd edib ki, ilkin mərhələdə zavodda istehsal olunacaq avtomobil İrandan gətirilən hissələrdən yığılacaq. İkinci mərhələdə isə Neftçalada ehtiyat hissələrinin istehsalına başlanacaq və avtomobil tam olaraq Azərbaycanda hazırlanaraq satışa çıxarılacaq.
Nazir müavini deyib ki, 15 milyon dollar dəyərində olan bu layihəni Azərbaycanın “AzEuroCar LLC” şirkəti ilə İranın “Khodro” şirkəti həyata keçirəcəklər. Zavodun inşası üçün Neftçalada 10 hektar ərazi ayrılıb və tikinti işləri sürətlə davam edir. Zavodda hər il 10 min avtomobilin istehsalı nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan avtomobil zavoduna İrandan 4 dəfə çox investisiya qoyacaq. Zavodun təməlqoyma mərasimi isə cari ilin avqustun 6-da baş tutub.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










