Azərbaycan İranın avtomobil istehsalçılarının "radarında"

İranın əsas avtomobil istehsalçıları "İran Khodro" və "SAİPA" xarici bazarlardakı mövqelərini gücləndirəcəklər. “Iran Khodro” şirkəti xüsusilə Azərbaycan və İraq bazarında iştirakını genişləndirmək niyyətindədir. Bu barədə İran mətbuatına istinadən xəbər verir. “Iran Khodro”nun açıqlamasına əsasən, şirkət ekonom avtomobillərin ixracını əsas hədəf kimi qoyub. Əsas ixrac istiqamətləri isə Əlcəzair, Azərbaycan, İraq, Oman, Seneqal və Tunisdir. Bu barədə şirkətin icraçı direktoru Haşem Yekezare bildirib.
Xatırladaq ki, “Iran Khodro” və Azərbaycanın “Azermash” şirkətləri arasında 2016-cı ildə imzalanmış birgə əməkdaşlıq sazişinə əsasən, hazırda iki şirkət 15 mln. dollar həcmində ilkin investisiya qoymaqla Neftçala Sənaye Məhəlləsində birgə zavod tikir. Yaxın aylarda fəaliyyətə başlayacaq zavodda “Dena”, Runna”, “Samand” və “Seron” markalı avtomobilllər istehsal ediləcək.
"Iran Khodro” şirkətinin rəhbəri bildirib ki, tərəflər əməkdaşlığı genişləndirmək üçün razılığa gəliblər, Azərbaycan tərəfi birgə istehsalda öz investisiyalarını artırmağa razılaşıb. Onun sözlərinə görə, birgə müəssisənin istehsal etdiyi avtomobillər digər regionların bazarlarına da ixrac ediləcək. Məsələn, razılaşmaya əsasən istehsal edilən nəqliyyat vasitələrinin 20%-i MDB ölkələrinin, ilk növbədə Qazaxıstan və Belorusun bazarlarına çıxarılacaq.
Qeyd edək ki, “Iran Khodro” Azərbaycanda fəaliyyətinə 2005-ci ildə yerli istehsalı olan “Samand”ın satışı ilə başlayıb. Son onlillikdə ölkədə 4 500 İran avtomobili satılıb. İranın digər avtomobil istehsalçısı "SAİPA" da xarici bazarda fəaliyyətini genişləndirməyi planlaşdırır. Hazırda şirkət İraq, Livan, Azərbaycan, Ermənistan, Türkmənistan, Özbəkistan, Misir, Tunis, Liviya, Seneqal, Kot-d’İvuar, sudan və Cibutiyə ixrac həyata keçirir.
Report
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










