Azərbaycan və İran birgə avtomobil istehsal edəcəklər

İran Prezidenti Həsən Ruhaninin Bakı səfəri ərəfəsində, İranın ticarət və sənaye naziri Məhəmməd Rza Nemətzadə avtomobil istehsalı üzrə birgə müəssisənin təməlqoyma mərasimində iştirak etmək üçün sabah Azərbaycana gələcək. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə mənbə bildirib. Avtomobil istehsalı üzrə birgə müəssisə Azərbaycanın Neftçala rayonunda tikiləcək. İranın "Iran Khodro" və Azərbaycanın "Azeurocar" şirkəti birgə Dena, Rana, Soren və Samand markalı avtomobilər istehsal edəcəklər. Birgə müəssisənin illik gücü təxminən 10000 avtomobil təşkil edəcək. İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Perezdenti Vladimir Putinlə danışıqlarda iştirak etmək üçün avqustun 7-də Bakıya rəsmi səfərə gələcək. Görüş zamanı ticarət, energetika, telekommunikasiya, ətraf mühit, nəqliyyat və terrorzimlə mübarizə sahələrində üçtərəfli əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir.
Bakıya səfəri çərçivəsində İran Prezidentinin Azərbaycan və Rusiya Prezidentləri ilə ikitərəfli görüşləri də nəzərdə tutulur.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










