Azərbaycan yanvarda avtomobil idxalını 7 faiz artırıb

Bu ilin yanvar ayı ərzində Azərbaycana 469 ədəd avtomobil idxal olunub. Avtosfer.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32 ədəd yaxud 7,32% çoxdur.
Hesabat dövründə ölkəyə gətirilmiş avtomobillərin 420-si və yaxud 89,55%-ni əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri təşkil edib. Son bir ildə bu növ avtomobillərin idxalı 19 ədəd yaxud 4,74% artıb.
Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2 ədəd yaxud 40% azalaraq 3, yük avtomobillərinin idxalı 15 ədəd yaxud 57,69% artaraq 41 olub.
Xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə dəyişməyib və ötən ilin yanvarında olduğu kimi 5 ədəd təşkil edib.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










